Pensiya alanlara ŞAD XƏBƏR

  • By arzu
  • 12 Yanvar 2021 12:19

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.

Nazirlikdən Gununsesi.org-a verilən məlumata görə, bu üç şəhər və rayon üzrə bütün pensiya vəsaitlərinin pensiyaçıların hesablarına köçürülməsi prosesi bu gün ərzində tam yekunlaşacaq.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Gununsesi.org