“Pensiya haqqında qanunvericiliyə, vergi və gömrük məcəllələrinə edilən dəyişikliklər öz töhfəsini verəcək” - HADI RƏCƏBLİ

  • By admin
  • 25 Dekabr 2017 12:30

Azərbaycanda dayanıqlı inkişaf proqramının uğurlu icrası məqsədi ilə Azərbaycan parlamentində bu yaxınlarda “İşsizlikdən sığortalanma haqqında” qanunun qəbul edilməsi, pensiya haqqında qanunvericiliyə, vergi və gömrük məcəllələrinə edilən dəyişikliklər öz töhfəsini verəcək.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlanmentin rolu” mövzusunda keçirilən konfransda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində qəbul edilən dövlət proqramları və layihələri məhz dayanıqlı inkişafın təmin olunmasına xidmət edir: “Bu gün dünyadan Azərbaycan prezidentinin brendi hesab edilən ASAN xidmət və bunun bazasında yaradılan ABAD elə dediyimiz proqrama öz töhfəsini verən amillərdəndir. Bundan əlavə, işsizliyin azaldılması, sosial təminatı az olan ailələrə ünvanlı yardımlar verməsi və bu yardımların artıq istiqaməti dəyişdirilərək kiçik ailə biznesinə yönəldiməsinə başlanılıb. Bu da dayanıqlı inkiişafın təmin olunmasına xidmət edəcək. Bundan əlavə, turizm sahəsində də müəyyən işlər görülməkdədir. “Turizm haqqında “qanun hazırda tamamilə yenidən hazırlanıb müzakirəyə çıxarılma mərhələsindədir”.

O əlavə edib ki, ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində real proqramlarla bağlı qanunvericilik bazasının da təkmilləşdirilməsi istiqamətində işlər görülüb və görüləcək.

Mürtəza

Gununsesi.info