Pensiya ilə bağlı yeniliklərin tətbiqinə başlanıldı - VİDEO

  • By admin
  • 02 Yanvar 2023 12:11

Yanvarın 1-dən etibarən Azərbaycanda bir sıra qanunlar qüvvəyə minir.

Gununsesi.info xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bunun nəticəsində əmək pensiyalarında artım qeydə alınacaq.

Dəyişikliklər vətəndaşaların pensiyaya çıxma imkanlarını genişləndirəcək.

İşğaldan azad edilmiş ərazinin rezidentləri isə yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilir. Bu, Vergilər Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bundan başqa, əlavə dəyər vergisini geri alma mexanizmi də dəyişir.

Bu ildən etibarən ilk dəfə olaraq pensiyalarda vahid indeksiasiya mexanizmi tətbiq olunacaq. Bu isə əvvəlki dövrlərdə pensiyaları indeksasiya olunmayan təxminən 90 min vətəndaşın bundan yararlanmasına imkan verəcək. Bu il eyni zamanda ilk dəfə olaraq yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşəcək.

Bu gündən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” qanundakı dəyişikliklərə əsasən Qida Təhlükəsizliyi Reyestri yaradılacaq. Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri adıçəkilən reyestrə daxil ediləcək. Onlara reyestrdən elektron və ya yazılı çıxarış veriləcək (Xezerxeber.az).

Gununsesi.info