Pensiya və əmək haqları artırılacaq – Qərar verildi

2022-ci ilin beş ayı üzrə  dövlət büdcəsinin gəlirləri 11 milyard 227 milyon manat proqnoza qarşı 12 milyard 442,4 milyon manat olub. Bu hesaba də büdcə gəlirləri 1 milyard 215,4 milyon manat və yaxud 10,8 faiz çoxalıb. Nəticədə hesabat dövründə dövlət büdcəsində 1 milyarda 992,4 milyon manat profisit yaranıb.

Bu isə nəzərdə tutulduğundan 1 milyard 146,2 milyon manat və ya 2,4 dəfə çoxdur. Ona görə də 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılır.  

Büdcə layihəsi artıq Milli Məclisə təqdim olunub. Layihəyə əsasən büdcənin xərcləri 2 milyard 424 milyon manat artırılır. Bəs yeni büdcə vəsaitləri əsasən hansı istiqamətlərə yönləndiriləcək?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev Bizim.Media ilə fikirlərini bölüşüb.

O bildirib ki, “hazırda prioritet işğaldan azad olunmuş ərazilərin bərpa olunmasıdır. Yeni büdcə layihəsində də bu sahəyə kifayət qədər vəsait nəzərdə tutulub.

Bu vəsait hesabına Şərqi Zəngəzurda və Qarabağda bir sıra infrastruktur layihələr həyata keçiriləcək. İkinci istiqamət müdafiəmizi gücləndirməkdir. Biz hərb istəməsək də hərbə hazır olmalıyıq. Ona görə də ilin ikinci yarısında da bu sahə hər zaman olduğu kimi diqqət mərkəzində saxlanılır. Üçüncü istiqamət isə təbii ki, sosial sahədir. Bildiyiniz kimi mövcud büdcəmizin 37 faizi sosial sahələrə yönləndirilib. Və təbii ki, yeni layihədə sosial sahələrə də xərclənəcək vəsaitini həcmi artacaq. Bura pensiyalar, əmək haqları və sair daxildir”

Gununsesi.info