Pensiyaçılar üçün yeni güzəştlər hazırlanır

Rusiyada iki evə sahib olan təqaüdçüləri əmlak vergisindən azad etmək istəyirlər.

Gununsesi.info xəbər verir ki, belə bir təşəbbüs Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinə daşınmaz əmlak biznesi tərəfindən göndərilib.

HTML tutorial

Hazırda bu kateqoriyadan olan Rusiya vətəndaşları müxtəlif növ əmlaka malik olduqda, daşınmaz əmlak vergisindən azaddırlar: mənzil, ev, qaraj və s. Eyni tipli iki obyekt varsa, biri üçün pul ödəməlidirlər.

Qeyd olunur ki, təşəbbüs reallaşarsa, pensiyaçılar üçün elit daşınmaz əmlakın qeydiyyata alınması zamanı fırıldaqların olacağını istisna etmək vacibdir. İdeya Dövlət Dumasında dəstəklənib.

Gununsesi.info