Pensiyaçılar yolu bağlamaq istədi - Sumqayıtda

  • By admin
  • 12 İyul 2016 17:14

pensiya-bankomat-300x214

 

Bu gün səhər saatlarında Sumqayıt şəhərində bir qrup pensiyaçı yolu bağlayıb.

Gununsesi.info Xeberle.com-a istinadən xəbər berir ki, belə ki şəhərin Sahil küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının qarşısına toplaşan bir qrup pensiyaçı avtomobillərin  hərəkətinə mane olaraq yolu kəsiblər.

Pensiyaçıların yolu bağlamasına səbəb kimi təqaüdlərin gecikməsi göstərilir. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.

Gununsesi.info