Pensiyaçılara ŞAD XƏBƏR: aprelin 15-i tam ödəniləcək

  • By admin
  • 12 Aprel 2021 11:17

Respublika üzrə pensiyaların aprel ayının 15-i tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.