Aprel ayı üzrə pensiyaların nə vaxt veriləcəyi ilə bağlı məlumat açıqlanıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan təqaüdçülər aprelin 14-də ödənişlərini ala biləcəklər.
Gununsesi.info milli.az-a istinadla xəbər verir ki, müəyyən olunmuş qrafikə əsasən ilk növbədə paytaxt və ətraf ərazilər üzrə vəsaitlər hesablara köçürüləcək. Digər bölgələrdə yaşayan vətəndaşların, həmçinin güzəştli şərtlərlə pensiya alan şəxslərin ödənişləri isə ayın sonuna qədər mərhələli şəkildə həyata keçiriləcək. Hazırda bütün hazırlıq işləri yekunlaşıb və vəsaitlərin vaxtında paylanması planlaşdırılır.











