Pensiyaların artımı ilə bağlı qanunvericilikdə dəyişiklik…

  • By admin
  • 20 İyun 2019 11:37

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.

Gununsesi.org-un məlumatına görə, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

 Qanun layihəsi Milli Məclisin iyunun 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Gununsesi.org