“Pensiyaların verilməsi Ramazan bayramına kimi yekunlaşacaq” - SƏLİM MÜSLÜMOV

  • By admin
  • 20 İyun 2017 12:18

pensiya

“İyun ayı üzrə pensiya ödənişləri vaxtından əvvəl başa çatdırılacaq”.

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

“İyun ayı üzrə pensiya ödənişlərinin Ramazan bayramına qədər tam başa çatdırılmasına çalışacağıq. Bunun üçün kifayət qədər valyuta ehtiyatı var”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, iyunun 26-27-də ölkədə Ramazan bayramı qeyd ediləcək.

Gununsesi.info