Pensiyalarla bağlı ŞAD XƏBƏR

  • By admin
  • 21 Noyabr 2020 12:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib.

Gununsesi.info xəbər verir ki, vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd və kompensasiyalarını bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, noyabrın 13-dək bu ayın bütün ölkə üzrə pensiya ödənişi də başa çatdırılıb.

Beləliklə, 2,3 milyona yaxın şəxsə bu ay pensiya, müavinət, təqaüd və kompensasiya ödənilib.

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımları ödəniləcək.

Gununsesi.info