Pentaqon: Rusiya Ukraynaya 1080 raket atıb

  • By admin
  • 20 Mart 2022 10:19

Martın 18-nə olan məlumata görə, rus işğalçıları Ukrayna ərazisinə 1080 raket atıb.

Gununsesi.info Ukrainska Pravda”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

“Ümumiyyətlə, Amerika kəşfiyatçıları rus qüvvələrinin bütün istiqamətlərdə hücumunun dayandığını görürlər. Onlar nə Kiyevin şimalına və şimal-qərbinə, nə də rus qoşunlarının Kiyevdən 30 km aralıda yerləşdiyi şərqə rus bölmələrinin hərəkətini görmürlər”, – adı açıqlanmayan Pentaqon rəsmisi BBC-yə bildirib.

O qeyd edib ki, Çerniqov və Mariupol mühasirədədir, lakin ukraynalıların şiddətli müqaviməti rus qoşunlarının şəhərləri tutmasına mane olur.

Amerika rəsmisi vurğulayıb ki, ukraynalılar rusların aerodromlara raket zərbələrinin artmasına baxmayaraq, öz təyyarələrinin əksəriyyətini yaxşı vəziyyətdə saxlayırlar. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri Rusiya qırıcılarını və raketlərini vurmağa davam edir. Bu səbəbdən Ukrayna üzərindəki hava məkanı rusların tam nəzarətində deyil.

Gununsesi.info