Pentaqon ABŞ qoşunlarının İraqdan çıxarılması xəbərini yalanladı

  • By admin
  • 11 Fevral 2020 15:56

ABŞ-ın öz qoşunlarını İraqda yerləşən 15 hərbi bazadan çıxarmağa başladığı barədə məlumatlar həqiqətə uyğun deyil. 

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu “TASS”a açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi podpolkovnik Erl Braun deyib.

“Bu məlumatlar yalandır”, – deyə o, bildirib.

Qeyd edək ki, ötən gün “Sky News Arabia” İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Əli əl-Qənimiyə istinadən ABŞ-ın İraqdakı 15 hərbi bazadan qoşunlarını çıxarmağa başladığını açıqlayıb. Deputatın sözlərinə görə, amerikalılar mövcudluğunu iki böyük bazada – ölkənin şimalındakı Ərbil şəhəri və Ayn- əl-Əsəd aviabazası ilə məhdudlaşdıracaqlar.

Gununsesi.org