Pentaqon: “İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”

“Biz İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”.

Gununsesi.info xarici KİV-ə istinadən bildirir ki, bunu Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) Baş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib.

O bildirib ki, İran bunu etmək qərarına gəlsə, bir neçə ay ərzində nüvə silahı hazırlamağa qadirdir: “Lakin biz buna icazə verməyəcəyik”.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünya nüvə müharibəsi təhlükəsi ilə üzləşəcək.

 

Gununsesi.info