Pentaqon Kremlə raket zərbəsi endirəcək? 

  • By admin
  • 30 Sentyabr 2022 10:50

Bununla bağlı Moskvadan Vaşinqtona rəsmi xəbərdarlıq məktubu göndərilib.

Gununsesi.info Amerikanın “Newsweek” nəşrinə istinadla xəbər verir ki, ölkənin hərbi rəhbərliyindəki mənbə Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın buna necə cavab verəcəyi barədə danışıb. Mümkün variantlar arasında “Rusiyanın hərbi-siyasi rəhbərliyinin atadan götürülməsi”, başqa sözlə, Kremlin raketlə vurulması planı da varmış.

Rusiyanın Birləşmiş Ştatlardakı səfirliyi belə təhdidlərə artıq reaksiya verib.

Səfirliyin nümayəndəsi özlərinin “Telegram” kanalında Pentaqona istinadla yayılmış bu informasiyaya qəti etiraz etdiklərini və “amerikalıların bu cür siyasi ritorikanı rəva bildiklərinə görə” hiddətləndiklərini bildiriblər.

Gununsesi.info