ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İkinci Dünya Müharibəsindən bəri nazirlik rəsmiləri tərəfindən naməlum uçan obyektlər (UFO) ilə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Pentaqonun açıqladığı UFO hesabatında obyektlərin yad planetlərdən gəldiyinə dair heç bir dəlil əldə edilmədiyi bildirilib. Hesabatda UFO olduğu düşünülən obyektlərin əksəriyyətinin adi obyektlər olduğu bildirilib.
Pentaqonun sözçüsü Pat Ryder akademik qurumların dəstəyi ilə aparılan araşdırmalarda bütün UFO hesabatlarının yerdən kənar varlıqlarla əlaqəsi olmadığını bildirib. Rayder vurğulayıb ki, lakin bir çox hadisələrə tam aydınlıq gətirilə bilməz.
Hesabatda həmçinin qeyd olunub ki, populyar mədəniyyətdə ABŞ-ın kəşf etdiyi yad varlıqları və nəqliyyat vasitələrini gizlədərək yeni texnologiya istehsal etməyə çalışdığına dair inanc yanlışdır.
2022-ci ildə Pentaqon yeni texnologiyalarla aparılan araşdırmalar fonunda Yer kürəsinə gələn yadplanetlilərdən əsər-əlamətin olmadığı qənaətinə gəlib.
2023-cü il Milli Müdafiə İcazə Müqaviləsinə əsasən, yerdənkənar varlıqlarla bağlı hesabat hər il ABŞ Konqresinə təqdim edilməlidir.
Gununsesi.info