Pentaqon Putinin nüvə hədələrinə

  • By admin
  • 28 Fevral 2022 10:29

ABŞ-ın Müdafdiə Nazirliyi – Pentaqon Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədələrinə cavab verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Federasiyasının nüvə silahı ilə bağlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirdiyinə şübhə etmir.

“Bizim bu xəbərlərin doğruluğuna şübhə etməyə heç bir əsasımız yoxdur. Rusiyanın nüvə fəaliyyəti ilə bağlı xəbərlərə və Putinin ölkənin nüvə silahlarını hazır vəziyyətə gətirmək əmrinə şübhə etməyə əsas yoxdur”, – Pentaqonun yüksək rütbəli rəsmisi deyib.

Onun fikrincə, bu, Putin tərəfindən atılan lazımsız addımdır, çünki Rusiya heç vaxt NATO tərəfindən təhdid edilməyib.

Xatırladaq ki, fevralın 27-də saat 15:00 radələrində Rusiya prezidenti Vladimir Putin müdafiə naziri və Baş Qərargah rəisinə mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib. Bu göstəriş nüvə silahı qüvvələrinə aiddir.

Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, bütün Ukrayna ordusu nüvə zərbələri ilə məhv edilərsə, Rusiya Federasiyasının özünün Avropa hissəsi və Belarus uzun illər həyat üçün yararsız hala düşəcək.

Arestoviç Putinin ətrafının nüvə silahından istifadəyə razı olacağına da şübhə edir.

Gununsesi.info