Pentaqon rəhbərinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yeni DETALLAR

  • By admin
  • 08 Yanvar 2024 13:40

Müdafiə naziri Ostinin ABŞ-da xəstəxanaya yerləşdirilməsi ilə bağlı diqqətçəkən yeni detallar paylaşılıb.

Gununsesi.info-nun məlumatlna görə, yanvarın 1-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanaya yerləşdirildikdən sonra məlum olub ki, yanvarın 2-də nazir postunu müvəqqəti icra edən nazir müavini Ketlin Hiksin vəziyyətdən xəbəri yoxdur.

CNN-ə verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Pat Ryder Ostinin yanvarın 1-də xəstəxanaya yerləşdirilməsi və prezident Co Bayden də daxil olmaqla yüksək vəzifəli məmurların uzun müddət bu vəziyyətdən necə məlumatlandırılmadığı ilə bağlı yeni təfərrüatları paylaşıb.

Rayder Ostinin dekabrın 22-də keçirdiyi əməliyyatdan sonra xəstəxanaya yerləşdirildiyini və ertəsi gün evə qayıtdığını, lakin ağrıları artdıqca təcili yardımla paytaxt Vaşinqton yaxınlığındakı “Walter Reed” Hərbi Xəstəxanasına aparıldığını bildirib.

“Fövqəladə vəziyyətin qarşısını almaq üçün Ostini reanimasiya şöbəsinə köçürdülər, lakin daha sonra məxfilik səbəbindən reanimasiya şöbəsində qaldı”, – deyə o bildirib.

Müdafiə nazirinin müavini Hiksin yanvarın 2-də müvəqqəti olaraq nazir postuna keçdiyini bildirən Rayder Puerto Rikoya rəsmi səfər etdiyini və Ostinin durumundan xəbərsiz olduğunu qeyd edib.

ABŞ Müdafiə Nazirliyinin yanvarın 5-də verdiyi yazılı açıqlamada nazir Lloyd Ostinin yanvarın 1-də xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin yaxşı olduğu açıqlanıb. Məlum olub ki, prezident Co Bayden də daxil olmaqla yüksək vəzifəli şəxslər, həmçinin Pentaqon rəsmiləri və Konqres üzvləri Ostinin xəstəxanaya yerləşdirildiyini günlər sonra öyrəniblər.

Gununsesi.info