Pentaqon Rusiyadan aldığı Mi-17-ləri Ukraynaya göndərir

  • By admin
  • 08 İyun 2022 11:34

Rusiyanın Vaşiqtondakı səfirliyi ABŞ-ın Ukraynaya Mi-17 helikopterlərini verməsi qərarını “öhdəliklərin kobud şəkildə pozulması” adlandırıb.   

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin Teleqram kanalında yerləşdirilmiş bəyanatında deyilir:

“Amerikanın Ukraynaya növbəti hərbi yardım paketinə əvvəllər Pentaqonun Əfqanıstan hökuməti üçün əldə etdiyi, Rusiya istehsalı olan dörd ədəd Mi-17 helikopteri də daxil edilib. Bu yardım Rusiyanın yazılı razılığı tələb olunan, sonuncu istifadəçinin sertifikatına dair müddəaya zidd həyata keçirilir. Bu, Amerika tərəfinin öz öhdəliklərin kobud şəkildə pozması deməkdir. Bizim dəfələrlə müraciətimizə baxmayaraq, Ağ Evdən aydın bir cavab almamışıq”.

Gununsesi.info