Pentaqon Rusiyanın Ukraynada savaşmaq üçün Suriyada döyüşçülər topladığını təsdiqləyib

  • By admin
  • 07 Mart 2022 23:26

Pentaqon Rusiyanın Ukraynada savaşmaq üçün Suriyada döyüşçülər topladığını təsdiqləyib.

Bu barədə “Anadolu” ABŞ müdafiə nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

CNN telekanalının xəbərinə görə isə Rusiya Ukrayna üçün ayırdığı hərbi gücünün demək olar ki, 100%-ni artıq istifadə edib.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi qeyd edib ki, Rusiyanın Ukrayna-Belarus sərhədində yerləşdirilən əvvəlcədən hazırlanmış döyüş gücünün təxminən 100%-i artıq Ukraynadadır. Onun sözlərinə görə, Rusiya Ukraynaya 625-dən çox raket atıb.

Gununsesi.info