
Amerikanın Müdafiə Nazirliyinin (Pentaqon) sözcüsü Sabrina Singh Ukrayna savaşının gedişatı ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sözcü Singh Şimali Koreyanın Rusiyaya silah verməsinin Ukrayna savaşının uzanmasına səbəb ola biləcəyini sölyəyib.
Rusiya Prezidenti Vladimir Putinlə Ş.Koreya lideri Kim Yonq arasında keçrilən görüşdən sonra açıqlama verən Pentaqon rəsmisi veriləcək silahların məsum Ukrayna vətəndaşlarını öldürməyə bərabər cinayət olduğunu bildirib.
“Rusiyanı səbəbsiz yerə müharibədə dəstəkləyən ölkənin həm də Ukraynadan olan vətəndaşları öldürməyə bərabər olduğunu düşünürük. Ş. Koreyaya dəfələrlə xəbərdarlıq etmişik. Rusiya ilə silah anlaşmaları imzalamamaları üçün çağırış etmişik”, – deyə xanım Sabrina vurğulayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreya ilə ortaq tətbiqat keçirə biləcəkləri ilə bağlı fikirlərinə isə Pentaqon rəsmisi cavabında belə deyib:
“Bunlar Amerika-Yaponiya-Cənubi Koreya münasibətlərinə təsir etməyəcək”.
Tərcümə: Rəsul