Pentaqon Suriyada kimyəvi silahların olmasından narahatdır

  • By Günel
  • 10 Dekabr 2024 08:35

Pentaqon Suriyada kimyəvi silahların olması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və bildirib ki, onların öz qoşunlarına və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır.

Gununsesi.info xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə deyib.

“Məqsədimiz bu silahların mülki şəxslərə və ya ABŞ qüvvələrinə və onların bölgədəki müttəfiqlərinə qarşı istifadə edə biləcək şəxslərin əlinə keçməməsini təmin etməkdir”, – qurum rəsmisi vurğulayıb.

Pentaqonun sözçüsü vurğulayıb ki, ABŞ ordusu bu əməliyyatda birbaşa iştirak etmir, müttəfiqləri vasitəsilə hərəkət edir.

Gununsesi.info