Pentaqon Ukraynanın məğlubiyyətini dərk edir

Qərb artıq başa düşür ki, Ukrayna Rusiya ilə münaqişədə uduzub.

Gununsesi.info xəbər verir ki, bu barədə fransız tarixçisi Emmanuel Todd Berliner Zeitung qəzetinə müsahibəsində bildirib.

“Ukraynanın artıq müharibəni uduzduğunu deyəndə, mən yalnız Pentaqonun və ya Fransa Baş Qərargahının nə düşündüyünü deyirəm” – deyə o vurğulayıb.

Tarixçinin fikrincə, Almaniya Ukraynadakı münaqişənin həllində öz rolunu oynamalı, Avropa isə Zaporojye, Xerson vilayətləri, DXR və LXR-i Rusiya kimi tanımalıdır.

Bundan əvvəl irlandiyalı jurnalist Chey Bowes bildirib ki,  Donald Trampın nümayəndələri  Zelenski və Putinlə danışıqlara başlamalıdırlar.

 

 

İlhamə

Gununsesi.info