Pentaqon Ukraynaya 1,3 milyard dollar hərbi yardım ayırdı

  • By admin
  • 20 İyul 2023 12:40

Amerikanın Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya yeni hərbi yardım ayırıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 1,3 milyard dollarlıq hərbi yardım Ukraynanın ehtiyaclarını ödəmək üçün ayrılacaq.

Pentaqonun rəsmi açıqlamasında bildirilib ki, Ukraynanın təhlükəsizliyini gücləndirmək və hava müdafiə bacarıqlarını artırmaq üçün bu addım atılıb.

Yardım paketinin içində qurudan və havadan raket sistemi (NASAMS), top mərmiləri, mina təmizləmə cihazları, TOW raketləri, pilotsuz hava sistemləri, elektronik hərb təsbit cihazları kimi inventarlar var.

Rəsmi açıqlamada Ukraynanın təcili ehtiyaclarını qarşılamaq üçün Amerikanın müttəfiqləri ilə birlikdə çalışmağa davam edəcəyi vurğulanır.

 

Tərcümə: Arzu

Gununsesi.info