Pentaqon Ukraynaya hərbi yardım edəcək

ABŞ-nin müdafiə qurumu olan Pentaqon bu gün Ukraynaya hərbi yardım paketi barədə açıqlama vermək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, paketin iki milyard dollardan çox dəyəri var.

Qeyd olunur ki, söhbət “Hawk” zenit kompleksi üçün buraxılış qurğuları və raketlərin, həmçinin “Patriot” hava hücumundan müdafiə sistemi üçün təkmilləşdirilmiş iki növdə raketlərin alınmasından ötrü vəsaitin ayrılmasından gedir.