Pentaqon Ukraynaya kəşfiyyat məlumatlarında kömək edir

ABŞ Kursk bölgəsinə hücum fonunda Ukraynaya kəşfiyyat məlumatları təqdim etməklə ona kömək etməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, bunu “War Zone” nəşrinə müsahibəsində ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi deyib.

Pentaqon Kiyevin Kursk bölgəsində hərbi əməliyyatlar aparmaq üçün Vaşinqtondan məlumat alıb-almaması ilə bağlı suala cavab olaraq bildirib ki, “Birləşmiş Ştatlar Ukraynanı müxtəlif yollarla, o cümlədən kəşfiyyat məlumatı verməklə dəstəkləməyə davam edir”.

Amerika müdafiə departamenti Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinin təfərrüatlarını, eləcə də Rusiya regionuna hücum ətrafında aparılan müzakirələrin təfərrüatlarını açıqlamayıb.

Eyni zamanda, Pentaqon nümayəndəsi qeyd edib ki, nazirlik Kiyevlə əlaqə saxlayır və onların Kursk vilayətinə hücumlarının məqsədini ukraynalı hərbçilərdən öyrənib.

Bundan əvvəl Pentaqon bəyan etmişdi ki, Rusiya regionuna zərbələr endirmək üçün Amerika silahlarından istifadə ABŞ-ın siyasətinə zidd deyil.

 

 

Günay

Gununsesi.info