Pentaqondan İsrailə XƏBƏRDARLIQ

  • By admin
  • 29 Noyabr 2023 10:02

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrailin HƏMAS ilə əldə etdiyi “humanitar atəşkəs” razılaşmasının müddəti bitdikdən sonra Qəzzanın cənubunda həyata keçirəcəyini açıqladığı əməliyyatlarda “mülki itkiləri və mülki təhlükəsizliyi nəzərə almalı” olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, Pentaqonun mətbuat katibi Briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında ABŞ müdafiə naziri Lloyd Ostinin israilli həmkarı ilə görüşlərində mülki şəxslərin müdafiəsinə diqqət yetirdiyini iddia edib.

“Nazir Ostin ilə İsrailin müdafiə naziri arasında aparılan danışıqlarda əməliyyatların mülki insanları qoruyan silahlı qarşıdurma qanunlarına uyğun aparılmasının və Qəzzaya yardımın çatmasının təmin edilməsinin vacibliyi müzakirə mövzusu olaraq davam edir”, – deyə o bildirib.

Rayder bu məsələnin danışıqların əsas mövzusu olmağa davam edəcəyini deyib.

Rayder qeyd edib ki, onlar İsrailin HƏMAS-a qarşı nəyə nail olmağa çalışdıqları baxımından ehtiyaclarının nə olduğunu müzakirə edərkən, eyni zamanda İsrailin mülki itkiləri və mülki təhlükəsizliyi nəzərə almasını təmin etməyə çalışırlar.

Rayder həmçinin İsrail və HƏMAS arasında davam edən “humanitar atəşkəs” səbəbiylə ABŞ-ın bölgədəki kəşfiyyat, müşahidə və kəşfiyyat uçuşlarını dayandırdığına dair məlumatı paylaşıb və ilk dəfə olaraq Qəzzaya yardım etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nəqliyyat təyyarələrindən istifadə edildiyini bildirib.

Rayder USAID-in Qəzza xalqına təxminən 2,5 ton ərzaq, tibbi ləvazimat və geyimdən ibarət humanitar yardımı ABŞ ordusunun nəqliyyat təyyarələri ilə göndərdiyini bildirib.

Gununsesi.info