Pentaqondan kimyəvi silah AÇIQLAMASI: "Təsdiqləyə bilmirik, amma..."

  • By admin
  • 12 Aprel 2022 09:19

Pentaqon hazırda Rusiya hərbçilərinin Mariupolda kimyəvi silahdan istifadə etdiyini təsdiqləyə bilmir, lakin Rusiya tərəfindən istifadə oluna biləcəyindən narahatdır.

Gununsesi.info CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

“Bu xəbərlər təsdiqlənərsə, dərin narahatlıq doğurar və Rusiyanın Ukraynada iğtişaşları yatırtmaq üçün müxtəlif vasitələrdən, o cümlədən kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qazdan istifadə etmək qabiliyyətinə dair narahatlığımızı əks etdirir.”, – Kirbi bildirib.

Pentaqonun nümayəndəsinin sözlərinə görə, ABŞ vəziyyəti diqqətlə izləyəcək.

“Azov” alayının döyüşçüləri Mariupolda rus işğalçılarının PUA-dan atılan mənşəyi naməlum zəhərli maddədən istifadə etdiyini bildiriblər. Nəticədə 3 nəfər yaralanıb.
Gununsesi.info