Pentaqondan sensasion AÇIQLAMA: Zelenski 2024-cü ildə Ukraynada olmaya bilər

  • By admin
  • 08 Noyabr 2023 12:35
zelenski

Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə artıq Ukraynada olmaya bilər.

Gununsesi.info xəbər verir ki, Zelenskinin taleyinin bir ildən sonra necə olacağını Pentaqonun keçmiş analitiki, polkovnik-leytenant Karen Kviatkovski Judging Freedom YouTube kanalına müsahibəsində açıqlayıb.

“Onun Ukraynada olacağını düşünmürəm. Əgər orada olacaqsa, bunkerdə oturacaq. Deyə bilərik ki, bu, sondur”, – ekspert bildirib.

Kvyatkovski Ukrayna Silahlı Qüvvələrinin baş komandanının köməkçisi Gennadi Çastyakovun bu yaxınlarda ölümünə diqqət çəkib. Onun fikrincə, bu hadisə Ukraynanın siyasi və hərbi strukturunun “yıxılmasından” xəbər verir. O, hesab edir ki, indi ukraynalı siyasətçilər və generallar özlərinin sağ qalmalarından narahatdırlar.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “The Economist”də dərc olunan məqaləsində Ukraynadakı münaqişənin dalana dirənməsindən danışıb. “Birinci Dünya Müharibəsində olduğu kimi, bizi çıxılmaz vəziyyətə salan texnoloji inkişaf səviyyəsinə çatdıq” deyən Zalujnı, vəziyyəti yalnız kəskin texnoloji sıçrayışın dəyişdirə biləcəyini qeyd edib. Zelenski bu fikirlə razılaşmayıb.

“The New York Times” daha sonra yazıb ki, Zelenski ilə Zalujnı arasındakı münaqişə Ukraynada hərbi və vətəndaş cəmiyyəti arasında parçalanmadan xəbər verir.

Bundan əvvəl Britaniyanın “The Times” qəzeti onların fikir ayrılıqlarını yazmışdı. Nəşr qeyd edib ki, Zalujnı və Zelenskinin əks-hücumun başa çatması ilə bağlı fikir ayrılığı var.

Gununsesi.info