
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən hazırlanan gizli hesabatda Şimali Koreyanın 2018-ci ildə qitələrarası ballistik nüvə raketinə sahib ola biləcəyi ehtimal edilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da çıxan “Vaşinqton Post” qəzeti yazır ki, hərbi münaqişələr zonaları xaricində informasiyaların toplanması ilə məşğul olan ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (Defense İntelligence Agency) bundan öncəki hesabatında isə Şimali Koreyanın 2020-ci ildən tez olamayaraq qitələrarası ballistik nüvə raketinə sahib ola biləcəyi qeyd olunurdu.
Amma Şimali Koreyanın bu il keçirdiyi bir neçə raket sınaqlarından sonra ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə məlum olub ki, qısa müddət ərzində Şimali Koreya qitələrarası ballistik raketlərin istehsalı sahəsində böyük inkişaf yolu keçib.
ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hazırladığı sonuncu hesabatda isə qeyd edilir ki, Şimali Koreya 2018-ci ildən etibarən qitələrarası ballistik nüvə raketlərin seriyalı istehsalına başlaya bilər.
Anar
Gununsesi.info