İnternetdə yayılan və Amerika hakimiyyətinə aid onlarla gizli sənəddə çoxlu sayda ölkə ilə bağlı bilgilər yer alır. Digər tərəfdən, bu sənədlərin bir qismi ortadan qeyb olmağa başladı. Ya da, onlara əlçatımlılıq çətinləşdi. Bəs, bu sənədlər necə sızdırıldı? Dünyada gündəm olan bu olay böyük əks-səda doğurub.
Gununsesi.info xarici mətbuata istinadən həmin çalxantılı xəbəri sizə təqdim edir:
Sənədlərin ortaya çıxması, yayılması və çəkişmələr haqqında bilinənlər
Səndlərə dair təsdiqlənə bilən ilk ekran görüntüləri 1 mart tarixinə aiddir. Bundan bir neçə gün sonra daha çox sənəd paylaşılmağa başladı.
Həmin sənədlər “Discord” media platformasında ortaa çıxdı. Ardından, bir çıra mübahisə kanallarında paylaşılmağa başladı.
Üstəlik bu kanallar, siyasət bə gizli xidmət orqanları kanallar deyil, Minecraft oyunçuları və Filippinli bir Youtube tanınmışı açan açılan kanallardır. Paylaşılan sənədlərdə Ukraynadakı savaş haqqında qısa bir çəkişmədən sonra bir istifadəçi “Al sənə sızmış sənədlər”, deyərək bəzi ekran görüntülərini aylaşır.
Araşdırmaçı jurnalistika saytı “Bellingcat”a görə, bəzi sənədlər yanvarda və ya daha öncəsinə aid ola bilər.
“Discord”da paylaşılan həmi sənədlərin fərqinə varılması bu ilin aprel ayında mümkün olub. Amerika kəşfiyyatı bu işdə gec qalıblar.
Bütövlükdə, həmin sənədlərdə Rusiya-Ukrayna savaşı və digər dünya ölkələrinə aid bilgilər yer alır.
Tərcümə: Arzu Sayadoğlu