Pentensiar Xidmətdən Akif Çovdarov - AÇIQLAMASI

  • By admin
  • 08 Noyabr 2016 17:38

1370851021_mehman-sadiqov

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun səhhətinin pisləşməsilə bağlı vəkilinin irəli sürdüyü iddialara cavab verib.

Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov açıqlamasında deyib ki, saxlanılan və məhkum olunan şəxslərin səhhəti ilə Pentensiar Ximdət yox, Tibb Baş İdarəsi məşğul olur:

“Orada fəaliyyət göstərən həkimlər Penitensiar Xidmətə tabe deyil. Yaxşı olar ki, onlar Tibb Baş İdarəsinə müraciət etsinlər. İdarənin mütəxəssisləri onların müvəkkili ilə bağlı müalicə tədbirləri həyata keçirsinlər”.

Xatırladaq ki, A.Çovdarovun vəkili Kamandar Nəsibov Modern.az-a açıqlamasında müvəkkilinin səhhətində ciddi problem yarandığını və Penitensiar Xidmət əməkdaşlarının ona lazımi yardım göstərmədiyini iddia edib.