
“13 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Natiq Vaqif oğlu Cabbarlının dilini kəsməsi haqqında deyilənlər doğru deyil. Bu məlumatı kim çatdırıbsa, çox səhv verib. Həmin məhbusla bağlı belə hadisə baş verməyib. Ona heç kim toxunmayıb”.
Bu haqda Gununsesi.info-ya Peniten
“Natıq Cabbarlı adam öldürüb, 13 il cəza alıb. Bu məhkum daxili nizam-intizam qaydalarını mütəmadi olaraq kobud şəkildə pozur. Siz deyirsiniz ki, N.Cabbarlı dilini kəsib. Mən isə sizə deyirəm ki, belə şey yoxdur. Əgər ailəsi ondan narahatdırsa, qoy aidiyyatı orqanlara rəsmi müraciət etsinlər. Şikayət etmək üçün aidiyyatı orqanlar var. Axı ondan nəyə görə pul istəyirlər, məni başa salın. Əgər həqiqətən də cəzaçəkmə müəssisəsində kimsə ondan pul istəyibsə, qoy Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə konkret faktlarla şikayət etsinlər. Böhtan atmaqla deyil. Bu adam nizam-intizam qaydalarını mütəmadi olaraq pozan məhkumdur. Əlbəttə, qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirləri var. Burada töhmət də var, cərimə də, cərimə təcridxanasına salınma da, kamera tipli otağa keçirilmə də. Əgər bu tədbirlər ona tətbiq olunursa, məhkum da həmin qərardan da şikayət edə bilər, yaxınları da. Onların belə iddiaları varsa, qoy məhkəməyə müraciət etsinlər. Məhkum əgər müalicə müəssisəsindədirsə, ona qarşı hər hansı qanunazidd hərəkət varsa, siz bilin ki, bununla bağlı aidiyyatı orqanlar mütləq məşğul olurlar. Prokurorluq da, Ədliyyə Nazirliyinin cəzanın icrasına dair müfəttişliyidə, daxili təhqiqat şöbəsi də bununla məşğul olur. Bu məhkumun da hər hansı problemi varsa, təhqiqatın gedişindən narazıdırsa, ya araşdırmanın nəticələrindənmi, qoy yenə də yuxarı instansiyalar var, müraciət esinlər. Belə tipli adamlar mütəmadi olaraq, kobud şəkildə qaydaları da pozurlar, daxili intizam qaydalarını da. Eyni zamanda əssasız olaraq, bu və ya digər şəkildə iddiaları da var. Necə olur ki, orada 100-lərlə məhkum saxlanılır, biri də demir ki, məndən pul tələb edirlər. Amma mütəmadi olaraq, qaydaları kobud formada pozan məhkum deyir ki, guya ondan pul tələb edilir”- deyə, o, bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info