Pepenin Beşiktaşa transferində həlledici saatlar

  • By admin
  • 04 İyul 2017 22:51

 

150520696-1477925875-800

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Portuqaliya millisinin ulduz futbolçusu və 10 il “Kral klubu”nun şərəfini qorumuş Pepenin Beşiktaşa transfer olunması gözlənilir.

3 iyul tarixində Lissabonda keçirilən konfransdan sonra Beşiktaş futbol klubunun rəhbərləri azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus özəl təyyarə ilə Portuqaliyanın paytaxtına gedib. Orada müqavilənin detalları araşdırılıb və hələ ki, heç bir problemə rast gəlinməyib.

Beşiktaş dünyaca məşhur futbolçunu öz heyətinə daxil etmək üzrədir. Lissabonda baş tutmuş konfransdan sonra Pepe ilə razılaşma barədə son danışıqlar aparılır və bəzi məsələlərə aydınlıq gətirilir. Lakin ulduz futbolçu müqaviləyə hələ rəsmi şəkildə imza atmayıb.

Pepenin İstanbula gətirilməsi məqsədilə xüsusi təyyarə ayrılıb. Həmin təyyarənin iş adamı Mübariz Mənsimova məxsus olduğu açıqlanıb. Lakin uçuş saatı barədə hələ ki, dəqiq məlumat yoxdur.

Gununsesi.info