Pepsi Rusiya bazarına qayıdacaq, lakin başqa brend altında

Pepsi-nin orijinal dadı Rusiya Federasiyasının ərazisinə qayıdacaq. Bundan əvvəl şirkət bazardan çıxdığını rəsmən elan edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı MASH redaksiyası bildirib.

Mənbənin sözlərinə görə, içkilər paralel idxal sistemindən istifadə olunmadan satılacaq. Üstəlik, sodanın yalnız orijinal dadı deyil, bütün resepti qorunacaqdır. Dəyişəcək tək şey yalnız ad olacaq.

PepsiCo şirkəti Rusiya bazarını geri qaytarmaq üçün “çətin” yoldan keçməyə qərar verib. Mash iddia edir ki, Rusiya öz bazarını dadlı içkilərlə təmin etməyə qadir deyil. Onlar içkilərini hazırlamaq üçün başqa addan istifadə etməyi planlaşdırıblar. Artıq bu ruslara məlumdur. Pepsi Evervess-Cola adı altında təqdim edəcək.

Bundan evvəl Rusiya Pepsi-nin ölkəyə gətirilməsinə icazə vermişdi, həttda istehsalçı şirkətin icazəsi olmadan belə.
Gununsesi.info