Peres Ərdoğanla bağlı “Olan oldu, keçən keçdi” dedi

  • By admin
  • 04 İyul 2016 12:22

peres

 

İsrailin 9-cu prezidenti Şimon Peres 2009-cu ildə Davosda yaşanan məşhur qalmaqala ilk dəfə münasibət bildirib.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanla gərginlik yaşandığını etiraf edən 92 yaşlı siyasətçi bunun artıq keşmişdə qaldığını deyib. O,Ərdoğandan incikliyi olmadığını deyib: “Mən irəliyə baxan insanam. Qəlbimdə yaxşı duyğular var. Gələcəyi dəyişdirmək üçün keçmişi unutmanız əsas şərtdir. Xəyal qura bilməlisiniz. Olan oldu, keçən keçdi”.

Xatırladaq ki, 2009-cu ildə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Formunda o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan Şimon Peresi tənqid edərək Qəzzada günahsız insanları öldürməkdə ittiham etmişdi.

Gununsesi.info