Perinatal Mərkəzdəki tüstüdən zəhərlənən iki nəfər evə buraxıldı

Yanğından təxliyə edilən tüstüdən zəhərlənən 3 nəfərdən ikisi evə buraxılıb.

 

Bu barədə Gununsesi.info-ya Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, KTM-in Toksikologiya şöbəsinə iki qadın, bir kişi yerləşdirilib:

 

“Onlardan ikisi artıq evə buraxılıb. Bir nəfərin müalicəsi isə şöbədə davam etdirilir”.

 

 

Gununsesi.info