“Perm qatili”nin müalicəsi ilə bağlı qərar verildi - VİDEO

  • By admin
  • 15 Oktyabr 2021 09:11

Rusiyanın Perm universitetində 6 nəfərin ölümü və 40 nəfərin yaralanmasıyla nəticələnən silahlı hücum təşkil edən Timur Bekmansurovun yeni görüntüləri yayılıb.

Gununsesi.info xəbər verir ki, Dzerjinski rayon məhkəməsi xüsusi olaraq “Perm qatili” üçün xəstəxanada iclas keçirib. Onun iki ay müddətinə həbs olumasına qərar verilib. Timurun öz müalicəsini təcridxanada davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Bekmansurov zərərsizləşdirilərkən yaralanıb və bir müddət xəstəxanada koma vəziyyətində qalıb.

Gununsesi.info