Peru konqresi prezidenti hakimiyyətdən uzaqlaşdırdı

Peru Prezident Martin Viskarra hakimiyyətdən kənarlaşdırılıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, bu barədə Peru konqresinin sədri Pedro Olaeçe tvitter mikrobloqunda məlumat verib.

“Parlamentin iclasında prezidentin konstitusiya quruluşunu pozduğuna görə müvəqqəti olaraq vəzifəsini icra edə bilməməsinin elan olunduğu  bir qərar qəbul edildi”, -deyə o, bildirib.

Spiker 86 deputatın dəstəyilə vitse-prezident Mersedes Araosu ölkənin müvəqqi dövlət başçısı seçib.

Qeyd edək ki, daha öncə M. Viskarra parlamentin buraxılması və 26 yanvar 2020-ci ildə növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb.

Gununsesi.org