Peru sahilində güclü zəlzələ olub

  • By ilhame
  • 10 Dekabr 2023 16:07

Peru sahilində 5,7 maqnitudalı zəlzələ olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi seysmoloji mərkəzinin verilənlərindən məlum olub.

 

Verilənlərə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 246 min nəfər olan İka şəhərindən 56 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

 

Gununsesi.info