
Futbol üzrə Peru yığması 2018-ci il Dünya Çempionatında iştirakdan məhrum edilə bilər
Gununsesi.info xəbər verir ki, yerli siyasətçi Paloma Noseda ölkənin futbol federasiyasının dövlətin tam nəzarəti altına keçməsini nəzərdə tutan qanun qəbul etməyi təklif edib. Bu isə FİFA-nın qaydalarına ziddir.
Qanun qəbul edildiyi təqdirdə, Peru Futbol Federasiyası FİFA-nın üzvlüyündən kənarlaşdırıla bilər. Bu halda Peru millisi mundialda iştirak etmək hüququndan məhrum ediləcək.
Gununsesi.info