
Mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində Perunun paytaxtı Lima və qonşu Kallao əyalətində 30 günlük fövqəladə vəziyyət (OHAL) elan edilib. Son aylarda qətllər, qəsb halları və ictimai yerlərə hücumlar artıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Peruda artan zorakılıq bir daha səlahiyyətliləri tədbir görməyə vadar edib.
Prezident Dina Boluarte hökuməti mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində paytaxt Lima və qonşu Kallao əyalətində 30 günlük fövqəladə vəziyyət elan edib.
Qərardan sonra əsgərlər polisə dəstək olmaq üçün küçələrə çıxarılıb. Fövqəladə vəziyyətlə bağlı bəzi hüquqların, o cümlədən toplaşmaq və hərəkət azadlığının məhdudlaşdırılacağı, polis və əsgərlərin şübhəli şəxsləri order olmadan həbs edə biləcəkləri bildirilib.
Orxan