Peruda 5 baldan yuxarı zəlzələ olub

  • By admin
  • 07 Yanvar 2022 20:02

Perunun qərbindəki Çosika şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun məlumatına görə, zəlzələnin episentri 90 minə yaxın insanın yaşadığı şəhərdən 10 kilometr şimal-şərqdə qeydə alınıb.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olmadığı deyilir.

Yeraltı təkanlar yerin 80 kilometr dərinliyində baş verib.

 

 

Gununsesi.info