Peruda keçmiş Prezident Kastilloya verilən 18 aylıq həbs cəzası təsdiqləndi

  • By admin
  • 30 Dekabr 2022 17:28

Peruda keçmiş Prezident Pedro Kastilloya verilən 18 aylıq həbs cəzası təsdiqlənib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Peruda 7 dekabrda Konqress tərəfindən vəzifəsindən qovulan Pedro Kastillonun həbs cəzası bu ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Peri Ali Məhkəməsi Kastilloya veriləən önləyici həbs cəzası qərarına edilən etirazı rədd edərək bunun davamına qərar verib.

Beləliklə, məhkəmənin 16 dekabrda Kastillo haqqında verdiyi “Vəzifəsindən sui-istifadə etmək, üsyan və sui-qəsd” cinayətlərini qəbul etmiş oldu.

Kastillo isə məhkəmə iclasının oturmasında öz çıxışı zamanı ondan siyasi intiqam alındığını müdafiə edib. “Əsla üsyan cinayəti törətmədim, silaha sarılmadım və kimsəni silah işlətməyə çağırmadım”, – deyə bildirib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info