Perudan Argentinaya uçan sərnişin təyyarəsi burulğana düşüb

  • By admin
  • 31 May 2019 23:46

Perudan Argentinaya uçan “Avianca” hava şirkətinə məxsus təyyarənin burulğana düşməsi zamanı ən azı 15 nəfər xəsarət alıb.

“Gununsesi” xəbər verir ki, bu barədə “İnfobae” portalı bildirib.

Qeyd edilir ki, hadisə təyyarə Anda uçarkən baş verib. Hadisə zamanı sərnişinlərin arasında həkim də olub. Zərərçəkənlərə ilk tibbi yardım göstərən də elə o olub.

Həkimlər Buenos-Ayresə çatan sərnişinləri müayinə ediblər.

Daha əvvəl Myanmanın paytaxtı Yanqon şəhərinin beynəlxalq hava limanında ”Biman Bangladesh Airlines” şirkətinə məxsus “DHC-8 Dash8” təyyarəsi uçuş zolağından kənara çıxaraq qəzaya uğrayıb.