Perunun Azərbaycandakı ilk səfiri Bakıya gəlib

  • By admin
  • 30 May 2018 11:51

Perunun Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoane (Maria Milagros Castanon Seoane) Bakıya gəlib.

Gununsesi.info “Report”a istinadən bildirir ki, “Peru”nun Azərbaycandakı səfirliyindən verilən məlumata görə, xanım diplomat dünən gecə əvvəl paytaxtımıza təşrif buyurub.

O, etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

İlk səfirin təyinatına qədər Perunun Azərbaycandakı diplomatik missiyasına müvəqqəti işlər vəkili Luis Çanq Boldrini başçılıq edib. O, iyun ayının əvvəlində ölkəsinə qayıdacaq.

Xatırladaq ki, Azərbaycanda Peru səfirliyi ötən ilin iyun ayında açılıb.