
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərində qeydə alınıb. Rayonun Bığır kənd sakini, Göyçay Peşə Liseyinin şagirdi, 1997-ci il təvəllüdlü Eyyubov Ramil Faiq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Şuşa şəhərindən olan məcburi köçkün, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında yaşayan 1998-ci il təvəllüdlü Vəliyev Elnur Pənah oğlunu bıçaqlayıb. Elnur Vəliyev təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər onu xilas edib.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info