Peşəkar Futbol Liqasının prezidenti üçüncü dəfə əməliyyat olunacaq

  • By ilhame
  • 07 Yanvar 2024 11:22

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Türkiyədə yenidən əməliyyat olunacaq.

 

Gununsesi.info xəbər verir ki, bu barədə sayta PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlamasında bildirib.

 

Qurum rəsmisi əməliyyatın yanvarın 8-də olacağını söyləyib: “Deyilənə görə, durumu yaxşılaşır”.

 

Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin vəziyyəti haqqında da danışıb: “Aslan müəllim fizioterapiya mərhələsindədir. Eyni zamanda müayinələr davam edir. Asta-asta fizioterapiya icra olunur. Ayağa qalxmaq üçün tam risk edilmir. Çünki uzun müddət yataqdan durmadığı üçün bədəni zəifdir. Ümumi tikişləri sökülüb, çox ehtiyatla bərpası keçir”.

 

O, qəzada xəsarət alan digər əməkdaşlar – icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, sürücü Rasim Qafarlı və özünün müalicəsinin ev şəraitində davam etdiyini deyib: “Sabah Elgizlə mən son yoxlamalar üçün xəstəxanaya yollanmalıyıq”.

 

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

 

Qeyd edək ki, PFL prezidenti Elxan Səmədov üçüncü dəfə əməliyyat olunacaq. O, bir dəfə Bakıda, daha sonra Türkiyədə cərrahi müdaxiləyə ehtiyac duyub.

Gununsesi.info