Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FİFPro) futbolçulara cari qış transfer pəncərəsində Serbiya klublarından uzaq durmaq çağrışı edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Peşəkar futbolçulara bu ölkənin klubları ilə müqavilə bağlamamaq tövsiyə edilib. Buna səbəb kimi 2016-cı ildə Serbiya çempionatında çıxış edən futbolçuların maliyyə çətinliyi ilə üzləşməsi göstərilib. FİFPro-nun 2016-cı ildəki araşdırmasına əsasən, Serbiya birinciliyində çıxış edən futbolçuların 68 faizi əmək haqlarının yubadılması, 89 faizi isə əvvəlki komandalarına qayıtmamaq üçün təzyiqlərlə qarşılaşıb.
Bununla belə, beynəlxalq qurum peşəkar futbolçuların digər hüquqlarının pozulduğunu da rəhbər tutub. Məlum olub ki, Serbiya Futbol İttifaqı (FSS) komandalarla oyunçular arasındakı mübahisələri həll edən komissiya tərkibindən futbolçulardan ibarət üzvləri də kənarlaşdırıb.
Gununsesi.info