Peşəkar mühafizə xidməti “Security Operation Services” MMC (“SOS”) “24 iyul Beynəlxalq mühafizə əməkdaşlarının peşə bayramı” ilə əlaqədar bir sıra dövlət qurumlarının nümayəndələri ilə “Dövlət qurumları ilə özəl mühafizə təşkilatları arasında qarşılıqlı kordinasiyanın təşkili” mövzusunda işgüzar görüş keçirib.
Gununsesi.info xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd işgüzar münasibətlər zəminində “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin tələblərini rəhbər tutaraq strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyini və mühafizəsini təmin edən dövlət qurumları ilə özəl mühafizə müəssisələri arasında ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması, milli təhlükəsizliyin təmin edilməsi, mülkiyyətin mühafizəsi və digər sahələrdə əməkdaşlığa təşviq, bu sahə üzrə idarəetmənin təkmilləşdirilməsində peşəkarlıqlardan faydalanmaq, eləcə də müasir texnologiyanın tətbiqi üsulu ilə mühafizənin daha səmərəli həyata keçirilməsində və sair məsələlərin həllində fikir mübadiləsinin aparılması olub.
“SOS” MMC-nin inzibati binasında baş tutan görüşdə SOCAR-ın Mühafizənin təşkili, mülki müdafiə və hərbi səfərbərlik şöbəsinin rəisinin, SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəis müavininin, “SOCAR PETROLEUM” QSC- nin rəhbərliyinin, Aviasiyada təhlükəsizlik baş idarəsinin rəis müavininin, DİN-nin İTŞ-nin əməkdaşının, Baş mühafizə idarəsinin əməkdaşının, Bakı şəhər BPİ-nin xidmət üzrə əməkdaşının, FHN-nin dövlət yanğından mühafizə xidmətinin Azərbaycan Respublikasının dövlət neft şirkətinin yanğından mühafizə idarəsinin rəisinin, DTX-nin Sabunçu rayonu üzrə kuratorunun və Sabunçu rayon İcra Hakimiyyətinin şöbə rəisi iştirak edib.
Görüşdə həmçinin hərtərəfli və səmərəli əməkdaşlıq, birgə fəaliyyət və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Gununsesi.info